YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub

Yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.
 

DİGƏR Xəbərlər Arxiv