YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandan İlham Əliyev: Bu döyüşlər bizim üçün böyük təcrübədir

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, bəzi hallarda bizim hərbi arsenalımızda olan bəzi silahlar müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, bu gün biz yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq, - mən bunu demişəm, bir daha demək istəyirəm ki, - torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə səsləndirib.

Azərbaycan Ordusunun böyük rəşadət və peşəkarlıq göstərdiyini vurğulayan Müzəffər Ali Baş Komandan deyib: “Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün gələn gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir”.