YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yuliya Latınina: Azərbaycan nefti və kifayət qədər ağıllı siyasəti nəticəsində çox güclü inkişaf etdi və ayağa qalxdı

Rusiyanın məşhur jurnalisti və yazıçısı, “Novaya qazeta” nəşrinin icmalçısı, Rusiyanın “Exo Moskvı” radiosunun “Kod dostupa” həftəlik proqramının daimi müəllifi və aparıcısı Yuliya Latınina Ermənistanın Gümrü şəhərində baş vermiş hadisələri şərh edərkən vurğulayıb ki, Ermənistanın üz tutası yeri yoxdur, çünki o, Azərbaycandan fərqli olaraq Gömrük İttifaqına daxil olub. O deyib: “Aydındır nəyə görə. Ona görə ki, balaca və yoxsul Ermənistanın yanında qüdrətli və zəngin Azərbaycan var. Yeri gəlmişkən, rolların 20 il ərzində necə dəyişdiyini müşahidə edirik. Hələ 20 il əvvəl Ermənistan daha qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan məhsuldar yaradıcı əhalinin böyük hissəsi köçdü. Azərbaycan isə əksinə, neftin və kifayət qədər ağıllı siyasətin nəticəsində çox güclü inkişaf etdi və ayağa qalxdı”.
Jurnalistin fikrincə, Ermənistan hər şeydə Rusiyaya itaət edir, onun arxasınca “it quyruğu kimi” sürünür. Daha sonra jurnalist yanvarın 12-də Gümrüdə Rusiya əsgəri Valeri Permyakovun Avetisyanlar ailəsini güllələdiyindən danışıb. Y.Latınina vurğulayıb ki, Rusiya tərəfi əsgəri məhkəmə üçün Ermənistan hakimiyyət orqanlarına vermək əvəzinə, onu 102-ci bazanın komandanlığına təhvil verib. O deyib: “Görünür, sadəcə kimsə Kremldə ayaqlarını erməni xalqına silməyi qərara alıb”. Analoji vəziyyəti xatırladan Y.Latınina deyib ki, Podolsk yaxınlığında erməni sürücünün törətdiyi yol-nəqliyyat hadisəsində də çoxlu adam ölmüşdü. Lakin o vaxt Rusiya ərazisində cinayət törətmiş sürücünü Ermənistana vermədilər.