YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: 20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səlnaməsinin parlaq nümunəsidir

«20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səlnaməsinin parlaq nümunəsidir. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib. 

Y.Mahmudov bildirib ki, 20 Yanvar faciəsində insanlar müstəqilliymiz uğrunda şəhid oldular. Onun sözlərinə görə, xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi.

«Bu hadisə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi. Qanlı hadisəyə kəskin etiraz olaraq 1990-ci il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirdi, hadisəyə siyasi qiymət verdi. Məhz həmin qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə vurdu. O zaman nə Kreml rəhbərliyinə etiraz etmək, nə də 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməsinə Ulu öndərdən başqa heç bir siyasətçinin cəsarəti və qüdrəti çata bilməzdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da, bu məsələni xüusi diqqət mərkəzində saxladı. 1994-cü ildə Ümummilli liderin təşəbbüsü ilə parlament 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Bu gün Ulu öndər Heydər Əliyev qurduğu müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimiz ruhu şaddır»- deyə, Y.Mahmudov vurğulayıb.