YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: 20 Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu

«20 Yanvar hadisələrində dinc insanların qətliamına baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin başçılıq etdiyi müstəqil Azərbaycan dövləti 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisənin qurbanlarının xatirəsinə həssaslıqla yanaşır.Azərbaycan tarixinin qanlı səhifələrindən birini təşkil edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı qiymət verilməməsini xatırladan akademik ölkəmizə qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə zamanı Ümummilli lider Heydər Əliyevin çətinliklərə və təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet rəhbərlərinin hərəkətini kəskin şəkildə pisləiyini diqqətə çatdırıb.

«Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələri dövlətin qayğısı ilə əhatə olunub»- deyə, R.Hüseynov vurğulayıb.