YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Terror və soyqırımı siyasətini davam etdirən cinayətkar, quldur ermənilər layiqli cəzalarını alacaqlar

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

İşğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələri növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə mülki şəxslər həlak olub və  yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bu, humanitar atəşkəsin arxasında gizlənmiş Ermənistanın növbəti terror və soyqırımı aktıdır.

Təcavüzkar dövlətin quldur hərbi birləşmələrinin Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini qadağan olunmuş raketlər ilə atəşə tutması təkcə müharibə cinayəti deyil. Eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, həmçinin bəşəriyyətə qarşı qəddar genosiddir.   

Ermənistan bu cür hərbi təxribatlar və cinayətlər vasitəsilə öz mənfur xislətini, faşist simasını nümayiş etdirir. Özlərini “məzlum xalq” kimi göstərməyə çalışan ermənilər tarix boyu terror və soyqırımı siyasətindən qidalanıblar. Hələ 1905-1907 və 1918-ci illərdə azərbaycanlılara qarşı kütləvi qətliamlar törədən ermənilərin bir çox beynəlxalq cinayətlərdə iştirak etmələri hamıya yaxşı məlumdur. Yaxın tariximizdə Ermənistanın törətdiyi Xocalı faciəsi bəşəriyyətə qarşı cinayət aktı, ən dəhşətli soyqırımı nümunələrindən biridir.

Genetik xəstə olan, müxtəlif qüvvələrin əlində alətə çevrilmiş ata-babalarının peşəsini davam etdirən terrorçular bu gün də ənənəvi peşələrinə sadiqdirlər. Gəncəni atəşə tutaraq uşaqlar da daxil olmaqla mülki şəxsləri hədəf alan canilər, qatillər layiqli cəzalarını alacaqlar. Döyüş meydanında öz sözünü deyən Azərbaycan Ordusu şəhidlərimizin qisasını işğal altında olan bütün torpaqlarımızı azad etməklə alacaq. Üstəlik, bu cinayət əməlinə yol verənlər beynəlxalq hüquq qarşısında cavab verəcəklər.

Bu gün müzəffər ordumuz öz xilaskarlıq missiyasını uğurla davam etdirərək torpaqlarımızı işğaldan azad edir, tarix yazır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir.