YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Makronun bəyanatları sülhə, sabitliyə deyil, vəziyyətin gərginləşdirilməsinə xidmət edir

Artıq dünya birliyi də Ermənistanın beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyinin, sülh, atəşkəslə bağlı çağırışlara məhəl qoymadığının şahidi olur. İşğalçı dövlət sərhədboyu ərazilərdə kəndləri, hərbçilərimizin mövqeyini, mülki əhalini artilleriyadan atəşə tutur, insanları qətlə yetirir, yaşayış məntəqələrimizi dağıdır. Ermənistan ordusunun törətdiyi ağlasığmaz qəddarlıqlar nəticəsində minlərlə dinc azərbaycanlı həlak olub, kəndlər, qəsəbələr, taixi-mədəni abidələr viran edilib.

Bunu açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, Ermənistanın təxribatına cavab olaraq Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etməsi ilə bağlı həyata keçirdiyi əks hücum əməliyyatları 6 gündür davam edir. Belə bir vaxtdaMünaqişənin nizamlanması prosesinə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın isə hərbi əməliyyatlar başladığı gündən tutduğu mövqe təəssüf hissi doğurur.

Heç bir araşdırma aparmadan qondarma erməni soyqırımını tanıyan Fransanın münaqişənin nizamlanması prosesinə birbaşa məsuliyyət daşıması, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəaliyyət göstərməsi anlaşılan deyil. İki ölkə arasında münaqişənin kəskinləşdiyi bi vaxtda Fransa prezidenti Emmanuel Makronun bəyanatları sülhə, sabitliyə deyil, vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlını məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirən, yaşayış məntəqələrini dağıdan, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edən işğalçı ermənistan hakimiyyətini dəstəkləyən Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəaliyyəti qaydalara uyğun deyil, münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir.

Aydın məsələdir ki, erməni diasporunun güclü olduğu Fransanın Prezidentinin bəyənatı bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətindən bəhrələnib. BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəxlalq təşkilatların birbaşa vəzifəsi olduğu halda ATƏT-in Minsk Qrupunda yer alan Fransanın Prezidentinin sərsəm bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmasını təsdiq edir.