YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Azərbaycan ordusu bugünlərdə müstəqillik dövrümüzün ən şərəfli, qürurlu tarixini yazır

Şəmsəddin Hacıyev

YAP Səbail rayon təşkilatının sədri, professor

Azərbaycan xalqı bir yumruq kimi birləşərək böyük sevinc və həyəcanla cəbhə bölgəsində gedən döyüşləri, rəşadətli Azərbaycan ordusunun zəfərlərini izləyir. Hər birimiz Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Ordumuzun yeni qələbə xəbərlərini səbirsizliklə gözləyirik.

Rəsmi xronikaya nəzər salsaq görərik ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev uzun müddətdir ki, işğalçı Ermənistanın yenidən müharibəyə hazırlaşdığı haqqında BMT-ni, bir sıra beynəlxalq təşkilatları və güc mərkəzlərini, dünya ictimaiyyətini dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması yolverilməzdir, erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağından rədd olsun. Bütün bu xəbərdarlıqlara baxmayaraq işğalçı-qondarma rejim son aylarda o qədər çox təxribata əl atdı ki, artıq hamı, bütün dünya ictimaiyyəti gördü ki, işğalçı-faşist Ermənistan qeyri-konstruktiv mövqeyi ilə regionun təhdid və təhlükə mənbəyinə çevrilib.

Sentyabrın 27-si düşmənin növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələri bütün cəbhəboyu əks hücuma keçdilər, cəbhədən Azərbaycan xalqının uzun illərdir səbirsizliklə gözlədiyi qələbə xəbərləri gəlməyə başladı, düşmən tapdağında olan Azərbaycan torpaqlarının, bir neçə kəndimizin, eləcə də öncəbhədə strateji əhəmiyyətli bir çox yüksəkliklərin, Murov dağ silsiləsinin, Ağdərə istiqamətində Madagizdə hakim yüksəkliklərin işğaldan azad olunması, Dağlıq Qarabağda strateji yollara faktiki olaraq Azərbaycan Ordusunun nəzarət etməsi xəbərləri hamımızın sevinc gözyaşlarına səbəb oldu. Artıq 6-cı gündür ki, Azərbaycan əsgəri işğalçı Ermənistanın bütün müdafiə xəttlərini darmadağın edir, videofaktlarla görürük ki, düşmənin hərbi texnikası sıradan çıxarılır, düşmən əsgərləri döyüş meydanından qaçır, döyüşməkdən imtina edir. Paşinyan şikayət və kömək üçün hər gün hansısa böyük gücə müraciət edərək özünü növbəti dəfə rüsvay edir. Azərbaycan isə öz haqq mübarizəsində, uzun illərdir həsrətində olduğu işğal altındakı torpaqlarının düşmən tapdağından azad olunması üçün mübarizə aparır və düşmən əsgərinin başına kül ələyir. Cənab Przidentin sözləri ilə desək “Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq.” Biz yalnız öz gücümüzə arxalanırıq və xüsusi vurğulanmalıdır ki, Azərbaycan Ordusunda heç bir kənar xarici qüvvə iştirak etmir. Müzəffər ordumuzun sarsıdıcı zərbələrindən pərən-pərən olan düşmən isə o qədər rəzil-rüsvay vəziyyətdədir ki, hər zamanki xainliyini nümayiş etdirir, Cenevrə Konvensiyasının tələblərini kobud və alçaq şəkildə pozaraq Azərbaycanın hərbi mövqelərini deyil, yaşayış məntələqələrimizi, cəbhəyanı kəndlərimizi ağır artilleriyadan atəşə tutur, dinc sakinlər həlak olur, xəsarət alır. Budur erməni vandalizminin növbəti sübutu. Ali Baş Komandan dəfərlərlə vurğuyıb ki, biz onların qondarma 7 şərti qarşısında 1 şərt irəli sürmüşük – Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması. Dünya ictimaiyyətinin də bu məsələyə münasibəti birmənalıdır, Azərbaycanın ərazi bütövlüyü tanınır və Azərbaycanın öz ərazisində apardığı əks hücüm əməliyyatlarının tamamilə legitimliyi qəbul olunur. Tərəfləri sülhə çağıranların nəzərinə isə aşağıdakı bir neçə məqamı çatdırmaq istərdik: 1) Danışıqlar prosesini pozan, qeyri-konstruktiv mövqe sərgiləyən, hətta azğınlaşaraq yeni ərazilər işğal etmək niyyətini bildirən və Dağlıq Qarabağın Ermənistana “aid olduğunu” iddia edərək danışıqlar prosesini dayandıran tərəf işğalçı Ermənistandır; 2) Ermənistan günü bu gün də Azərbaycanın hərbi mövqelərini deyil, mülki, dinc sakinlərin yaşayış məntəqələrini atəşə tutur, son 4 gündə Azərbaycanda 19 mülki şəxs həlak olub, 55-dən çox dinc sakin yaralanıb, cəbhəyanı bölgələrdə infrastruktura ciddi ziyan dəyib. Dünya ictimaiyyəti bu faktlara xüsusi diqqət etməli, erməni faşizmini və vandalizmini qınamalıdırlar; 3) Azərbaycan danışıqlar prosesinə sonsuzadək səbr edə bilməz, XXI əsrdə işğal faktı dözülməzdir və bu ağrılı konflikt öz həllini tapmalı, öz torpağında qaçqın-köçkün vəziyyətinə düşən Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıtmalıdırlar.

Bugünlər bütün dünya Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə və Azərbaycan Ordusunun gücünə bir daha şahid oldu. Hər birimiz, bütün xalqımız Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu dəstəkləyir və kiçikdən-böyüyə kimi hər kəsin ürəyi doğma Qarabağla döyünür. Biz bilirik və inanırıq ki, Azərbaycanımızın üçrəngli bayrağı tez bir zamanda işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağda qürurla dalğalanacaq. Qələbə bizimdir. Yaşasın Azərbaycan Ordusu! Yaşasın bu ordunu cəsarətlə irəli və yeni qələbələrə doğru aparan Ali Baş Komandan İlham Əliyev!