YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Günəşli” yatağında qazlift kompressor stansiyasının tikinti-quraşdırma işləri başa çatıb

“Günəşli” yatağında qazlift kompressor stansiyasının tikinti-quraşdırma işləri uğurla başa çatdırılıb. “Azneft” İstehsalat Birliyinin 28 May adına neft və qazçıxarma idarəsinin sifarişi əsasında “Neftqaztikinti” tresti tərəfindən tikilən stansiya “Günəşli” yatağında neft verən quyuların uzunmüddətli qazlift üsulu ilə istismarını təmin etməklə yanaşı, yataqdakı platformalarda qazlift sistemini tənzimləyəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunmasını təmin edəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, dənizin 87 metr dərinliyində quraşdırılmış stansiyanın məhsuldarlığı üç milyon kubmetr/gün təşkil edir. Hər birinin çəkisi üç min ton olan piramida tipli iki dayaq blokundan ibarət stansiyada səkkiz ədəd kompressor, iki ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, bir ədəd dizel mühərrikli generator, iki ədəd transformator, 12 ədəd idarəetmə otağı, eyni zamanda daşıyıcı göyərtə, dörd ədəd metal lövhə və həmin lövhələr üzrə müxtəlif diametrli boru xətləri quraşdırılıb, svaylar vurulub.
2009-cu ildən inşasına başlanılmış stansiyada tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilib.