YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Abbaslı: İqtidarın siyasi partiyalara yaxınlaşması, isti münasibəti sezilməkdədir

“Son dönəmlər atılan addımları heç bir şey olmurmuş kimi təqdim etmək ədalətsizlik olar. Çünki iqtidarın siyasi partiyalara yaxınlaşması, isti münasibəti sezilməkdədir. Bütün bunları müsbət amil kimi qiymətləndirə bilərik”.

Bu fikirləri “Yeni Tv”-nin efirində Ağ partiyanın sədri Tural Abbaslı deyib. 

O bildirib ki, başladılan proses daha sürətli hal almalıdır: “Proses bu sürətlə davam etməlidir, yoxsa daha da sürətləndirilməlidir, çatışmayan məsələlər varmı sualı verilsə, deyə bilərəm ki, proses daha dinamik ola bilər. Partiyalarla iş üzrə yeni şöbənin yaranmasının özü çox əhəmiyyətlidir. Çünki şöbə yaradılandan sonra siyasi partiyaların qeydiyyat problemi qısa zamanda həll olundu. Siyasi partiyalarla dialoq quruldu. Dialoqun tempi, çatışmayan cəhətləri isə müzakirə oluna bilər”.

Partiya sədri qeyd edib ki, dialoqu gərəksiz hesab edənlərin yanaşması doğru deyil: “Deyirlər ki, görüşlərdə şəxsi söhbətlər edilir. Burada hansı şəxsi söhbət ola bilər? Gülünc ittihamlardır. Sən özün orada olmamısansa, nə bilirsən nədən danışılıb? Siyasi partiya sədri kimi ora dəvət olunmuşuq və illərdir mətbuatda səsləndirdiyimiz çatışmazlıqları dilə gətirmişik”. 

T.Abbaslı vurğulayıb ki, görüşə gedən partiya sədrlərinə qarşı ittihamlar subyektiv və qərəzli yanaşmalardır: “Belə ittihamları biz də deyə bilərik. Məsələn, necə olur ki, ABŞ Dövlət katibinin şərq məsələləri üzrə köməkçisinin müavini gələndə, xüsusi yoxlanışdan, hətta kəmərə qədər çıxarıb təhvil verdikdən sonra görüşə gedə bilirsiz, amma öz dövlətinin nümayəndəsi ilə görüşməyi özünüzə ayıb bilirsiz? Yaxud hansısa səfirlik dəvət edəndə qaça-qaça gedirsizsə, dövlətin nümayəndəsi ilə nə üçün görüşməyəsiniz? Bu ittihamları biz də səsləndirə bilərik. Ona görə yanaşmaları qərəzlidir”.

DİGƏR Xəbərlər Arxiv