YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu yazıb.

Təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı,

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".