YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Bizə savaş açanlara sözümüzü axıracan deyəcəyik

Jalə ƏLİYEVA

Millət vəkili, professor

Azərbaycan dövləti və dövlətçiliyi yenə ağır sınaqlardan, imtahanlardan keçir...Yenə bütün cəbhələrdəki, bütün düşərgələrdəki, bütün səngərlərdəki düşmənlər  ağız-ağıza veriblər, simbioz olublar, hər yandan-bütün müstəvilərdə ölkəmizə, dövlətimizə, xalqımıza qarşı hücuma keçiblər...Marıqda, pusquda dayananlar yenə hər yanda boy göstərməyə başlayıblar...Biz təkcə 32 ildir torpaqlarımıza göz dikən murdar və alçaq qonşularımızla, xəstə təfəkkürlü ermənilərlə və məhz Azərbaycan torpaqları hesabına yaradımış (himayadərlarının, açıq-gizli dəstəkçilərinin, güc mərkəzlərinin sayəsində) qondarma Ermənistanla deyil, onları Qərbdən, Şərqdən, Şimaldan, Cənundan, bütün paralellərdən dəstəkləyənən dairələrlə, antiAzərbaycan, ermənipərəst qüvvələrlə vuruşuruq, savaşırıq...Həm hərb müstəvisində, həm diplomatiya müstəvisində, həm də digər müstəvilərdə...Hamısı ilə eyni anda bacarmaq nə qədər çətin olsa da, amma  hər bir müstəvidə, hər bir cəbhədə əzmlə, qətiyyətlə cavablarını, dərslərini veririk...2016-cı ilin Aprelində olduğu kimi, 2018-ci ilin Cünnüt əməliyyatlarında olduğu kimi, "Valday"da, Aşqabadda, Türk Zirvəsinin, Qoşulmama Hərəkatının Bakı sammitlərində, "Şərq Tərəfaşlığı"nın son toplantısında, Münxen Təhlükəsizlik Konfransında olduğu kimi...Eləcə də, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində olduğu kimi...Ayın 12-dən bu yana son bir neçə gün ərzində Şəhidlərimizə, yaralılarımıza, maddi-mənəzi ziyanlarımıza rəğmən, işğalçı dövlətin, onu körükləyənlərin laqiqli və tutarlı cavablarını veririk, verməkdəyik...Şəhidlərimizin qanını, axıdılan qanları yerdə qoymuruq...Düşmən və onu üstümüzə saldıranlar, yenidən işğala həvəsləndirənlər, qəsbkarlığa körükləyənlər dalbadal sarsıdıcı zərbələr alırlar və alacaqlar...Kimsənin, heç bir qüvvənin,  heç bir güc mərkəzinin məkrli və murdar planları baş tutmur və tutmayacaq...Nə edirlər-etsinlər, nə oyunlardan çıxırlar-çıxsınlar alınmır və alınmayacaq...Necə ki, alınmayıb bu günə kimi...Azərbaycan xalqı müsəlləh əsgər və bir nəfər kimi, ayaqdadır, öz dövlətinin, öz müzəffər Ordusunun, cəsarətli, qətiyyətli Liderinin-Ali Baş Komandanın yanındadır, onunla kürək-kürəyə, çiyin-çiyinədir...Elə düşməni də, düşmənləri də narahat edən, qıcıqlandıran budur...Onlar illərdir hər vəchlə bu sdrsılmazlığı, bu vəhdəti sarsıtmağa çalışsalar da, arzuarı çin olmur,  gözlərində qalır...Bundan sonra da belə olacaq... Ali Baş Komandanımızın, ölkə Prezidentinin dünən- Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dediyi kimi, "bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar". Bəli, müzəffər, şanlı Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Dövlətimiz, dövlətçiliyimiz, sərhədlərimiz etibarlı əllərdədir...Azərbaycan oğulları, Azərbaycab igidləri bir an olsun belə ayıq-sayıqlığı itirmir, əlləri daim tətikdədir, düşmənin və düşmənlərin hər an istənilən həmləsinə cavab verməyə hazırdırlar...Tovuz bölgəsində yaşananlar bir daha bunu təsdiq edir. Dövlət başçımızdan daha bir sitat; "Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır". Bəli, biz dövlətimizə də, Ordumuza da, Ali Baş Komandanımıza da tam güvənir, inanır və etibar edirik. Bu inam, bu etibar, bu güvəndir bizi ayaq üstə saxlayan, bizi yaşadan, bizi yenilməz edən, bizi zəfərlərdən-zəfərlərə aparan...Biz bu inam, bu güvən, bu etibar sayəsində də yenidən və daha amansız şəkildə bütün cəbhələrdə bizə savaş açanlara qarşı özü sözümüzü axıracan deyəcəyik, işğala son qoyacağıq, Qarabağmızda, digər işğal altında olan yurd yerlərimizdə Zəfər marşlarını səsləndirəcəyik. Hər kəs bunu duysun, etşitsin və qulağından sırğa etsin!!!