YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Səudiyyə Ərəbistanında qeyd edilib

Dekabrın 27-də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfərliyi tərəfindən Ər-Riyad şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Tədbirə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, bu ölkədə yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Səfir Rasim Rzayev 1991-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb, bu bayramı dünyanın müxtəlif guşələrində məskunlaşmış həmyerlilərimizin birliyi istiqamətində atılmış ən dəyərli addım kimi qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasət haqqında geniş məlumat verib.
Sonra Səudiyyə Ərəbistanında akkreditə olan Qazaxıstanın səfiri Baxıt Batırşayev, Qırğızıstanın səfiri Abdilatif Jumabayev, Rusiyanın səfiri Oleq Ozerov və Tacikistanın səfiri Azamşo Şarifi çıxış edərək, öz ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporlarının fəaliyyətlərindən danışıb, xalqımızı bayram münasibəti ilə təbrik ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə Azərbaycanla bağlı sənədli filmlər nümayiş etdirilib.
Sonda ziyafət verilib.
 

DİGƏR Xəbərlər Arxiv