YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib.

İclasda komissiyanın sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə gündəlikdə duran məsələ haqqında məlumat verib. A.Rəhimzadə qeyd edib ki, «Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri haqqında» məsələ bu gün aktualdır və ona görə də müzakirəyə çıxarılıb.

Mənzil Məcəlləsinin bir neçə il əvvəl qəbul olunduğunu xatırladan komissiya sədri bildirib ki, bu sənədlə əlaqədar olaraq bir sıra məsələlər həll olunmalıdır. Məcəllənin icrası ilə əlaqədar müvafiq addımların atıldığını deyən A. Rəhimzadənin sözlərinə görə, bununla bağlı görüləsi işlər də çoxdur. Bunlardan biri də mənzil fondunun idarə edilməsi ilə əlaqədardır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bu məsələ ilə əlaqədar geniş məlumat verib. N.Qasımov bildirib ki, uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 20 ildə mənzil fondunun ümumi sahəsi 30 faiz artaraq 166,4 milyon kv.m-ə çatıb. Mənzil fondunun 94 faizi qeyri-dövlət mülkiyyətində, 93 faizi və ya 154,7 milyon kv.m əhalinin şəxsi mülkiyyətindədir.

N.Qasımov bildirib ki, Mənzil Məcəlləsinə əsasən mənzil fondunun idarə edilməsinin təkmilləşdirilməsi müəyyənləşdirilib. Məcəllədə mənzil fondunun onun mülkiyyətçiləri tərəfindən idarə olunması, yaşayış sahəsinin tikintisi, mənzil-tikinti kooperativlərinin təşkili, fəaliyyəti kooperativ üzvlərin hüquqları və digər məsələlər öz əksini tapıb. Nazirliyin nümayəndəsi bu istiqamətdə görülən işlər barədə məlumat verib, eləcə də mövcud problemlərdən danışıb.

İclasda Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov mənzil fondunun idarə edilməsi ilə bağlı bu rayonun təcrübəsi haqqında məlumat verib.

İclasda komissiyanın sədr müavini Əlibaba Əliyev, komissiyanın  üzvləri Vaqif Abdullayev, Tahir Budaqov, Milli Məclisin deputatları Tahir Rzayev, Rüstəm Xəlilov və başqaları məsələ ilə əlaqəədar öz fikirlərini bildiriblər.

Sonda komissiyanın müzakirə olunan məsələ ilə əlaqədar qərarı qəbul olunub.    

DİGƏR Xəbərlər Arxiv