YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Bəhreyn Kralı ilə görüşüb

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifə tərəfindən qəbul edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səmimi qəbula görə Krala minnətdarlığını bildirən Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb, Bəhreyn xalqına tərəqqi və rifah arzulayıb.
Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifə müdafiə nazirindən Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib, ölkəmizə əmin-amanlıq və inkişaf diləyib.
Qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi baxımından faydalı olduğunu vurğulayan Kral bütün istiqamətlərdə, xüsusilə hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.
Görüşdə, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.