YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir

“BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və onun Prezidenti tərəfindən irəli sürülüb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr çox faydalı bir platforma oldu. İkincisi isə,  Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elə də yaxşı deyil. Amma Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Yəni onları COVID-19 pandemiyasına qarşı mübarizə birləşdirir.

 “Bu, o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırıb.

Belə bir şəraitdə cənab Prezidentin təşəbbüsü ölkələrin öz aralarında rəqabəti kənara qoyaraq əməkdaşlıq etməyə sövq edib. Yəni, bir-birilə rəqabətdə, ziddiyyətdə olan ölkələr Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə birləşib. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir.

Beləliklə, Azərbaycan birləşdirici siyasət həyata keçirir və cənab Prezidentin təşəbbüsü dünya miqyasında yüksək dəyərləndirilir”-deyə komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv