YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi yetirirəm.
TANAP və TAP layihələrinin rəsmi açılışı münasibətilə Bakıda axırıncı görüşümüz zamanı göstərdiyiniz qonaqpərvərliyi çox böyük məmnuniyyət hissi ilə xatırlayır və təşəkkürümü bildirirəm. Beynəlxalq və Avropa gündəmi barədə toxunduğumuz bütün mühüm mövzular bizim tutduğumuz mövqelərin yaxınlığını və ölkələrimiz arasında, xüsusilə enerji və enerji təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın vacibliyini göstərdi.
Bizim aramızda inkişaf edən etimad və dostluq münasibətləri, eləcə də Bolqarıstan və Azərbaycan arasında mükəmməl əlaqələr məndə gələcəkdə qarşılıqlı maraq dairələrinin bütün sferalarında münasibətlərin daha da dərinləşməsini davam etdirəcəyimiz inamını yaradır.
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və rifah arzu edirəm.”

 

DİGƏR Xəbərlər Arxiv