YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafıə naziri Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Krallığına rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 25-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

Səfər dekabrın 27-dək davam edəcəkdir.