YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: Yeni neft yataqlarının kəşfi mütləqdir

 «2013-cü ildə 3 milyon manat, 2014-cü ildə 4 milyon manat elmə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yatırım olub. Neft şirkəti elmin inkişafına xüsusi diqqət yetirir». Bu fikirləri ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə bildirib ki, Azərbaycanın neft ehtiyatları ilə bağlı proqnozlardan danışarkən yeni yataqların kəşfi də vacibdir.

«Azərbaycanda neftin gələcəyi ilə bağlı onu demək istəyirəm ki, çıxarılan enerji mənbəyimiz balansda olan neftin 40 %-ni təşkil edir. İndiyə kimi 1 milyard ton neft çıxarılıb. Hazırda 6-7 min metr dərinlikdəki yataqların araşdırılması işləri görülür. Çünki yeni yataqların kəşfi mütləqdir. Artıq keçmişdə çıxarılan neft yataqlarındakı çöküntülərin də istifadəsi məsələsi müzakirə edilir. Bu sahədə elmi işçilərin AMEA-da  araşdırmalarına böyük ehtiyac var. 21-ci əsr nanotexnologiya əsridir. Bunu həyatımıza daxil etmək və istifadəsini inkişaf etdirmək lazımdır»- deyə, X.Yusifzadə vurğulayıb.

 

 

 

DİGƏR Xəbərlər Arxiv