YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrət Həsənquliyev: Radikal müxalifət özünü istifadəyə təqdim edib (VİDEO)

“Çox təəssüf ki, Azərbaycanda müəyyən siyasi qüvvələr xarici dairələrdən asılı vəziyyətə düşüb”. Bu fikirləri “Yeni Tv”-nin efirində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. Partiya sədri bildirib ki, indiki şəraitdə radikal müxalifətin parçalanma yaratmaq, nifrət aşılamaq cəhdi xalqa qarşı düşmənçilikdir: “Bütün müxalifət partiyaları yeri gələndə tənqid də etmıəlidir. Amma hər şeyin vaxtı və hüdudu var”.

Q.Həsənquliyev qeyd edib ki, bu gün radkial müxalifətin xalqdan heç bir dəstəyi yoxdur: “Bu adamlar yalnız şəxsi maraqlarını düşünür. Vaxtilə Cəmil Həsənli AXCP sıralarından gedərək Milli Məclisə getdi. Təkcə bu faktın özü dediklərimizi bir daha sübut edir ki, məqsəd ancaq şəxsi maraqlardır”.