YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Musayev: "Radikal müxalifət yalnız şəxsi maraqları düşünür" (VİDEO)

"Kritik məqamlarda o dövlətlər ayaqda qala bilir ki, onların düzgün idarəçiliyi və onu həyata keçirən rəhbərliyi var". Bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev Yeni TV-nin efirində səsləndirib. O bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə Toplantısında bütün dünyaya həmrəylik mesajı verilib: "Dünya dövlətlərinin başı özünə qarşıb. Azərbaycan isə sübut etdi ki, hətta bu məqamda da hamını düşünür. Bir yerdə olmaq üçün mexanizmlər axtarır". Pandemiya şəraitində radikal müxalifətin, antimilli ünsürlərin fəaliyyətinə toxunan E.Musayev deyib ki, bu qruplaşma bütövlükdə Azərbaycana qarşıdır: "Radikal müxalifət hər şeyi tərsinə görür. Bilmirəm onlar proseslərə necə baxırlar. Amma nə deyirlərsə, səhv deyirlər. Acığa, qisasa deyirlər".