YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük

Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük.

Bu sözləri jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsiri ilə bağlı açıqlamasında deyib.

“Ölkənin kifayət qədər valyuta ehtiyatı var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”, - deyə Mərkəzi Bankın sədri bildirib.