YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri genişmiqyaslı təlimlərin komanda idarəetmə məntəqəsində olub

Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, təlimin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində ərazidə açılmış təlimin komanda idarəetmə məntəqəsində olub və qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Ümumi əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına, maket və taktiki sinif otaqlarına baş çəkən Müdafiə naziri idarəetmə orqanlarının fəaliyyəti xüsusilə silahlanmaya yeni qəbul olunan döyüş vasitələrinin istifadəsi ilə bağlı müvafiq göstərişlər verib.