YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Nikol Paşinyan sülh danışıqlarının imitasiyası ilə məşğuldur

“Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Dağlıq Qarabağa səfəri, eləcə də yerli mətbuata verdiyi sərsəm bəyanatları bir daha göstərir ki, o sülh danışıqlarının imitasiyası ilə məşğuldur”. Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, Ermənistan heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində sülh istiqamətində addım atmağa hazır olmayıb: “İllərdir ki, Ermənistan tərəfi həm beynəlxalq hüquq normalarını, həm də müxtəlif yollarla danışıqlar prosesini pozaraq vaxt qazanmağa çalışır”. Onun sözlərinə görə, Ermənistanın bu addımları bölgədə gərginliyi artırmaqla yanaşı, ciddi təhlükələrə səbəb olur. Ermənistanın arxasında duran havadarları artıq anlamalıdır ki, bu ölkənin süqutu yaxınlaşır.

“Ermənistanın qeyri-konstruktiv addımlarının əsas səbəbi bəzi beynəlxalq təşkilatlar və dünya ölkələrinin onlara bu imkanı yaratmasıdır. Ermənistan bir sıra beynəlxalq sənədlərdə nəzərdə tutulanları, eləcə də hüquq normalarını pozmasına baxmayaraq, hələ də işğalçı ölkəyə qarşı heç bir təzyiqlər edilmir, sanksiyalar tətbiq olunmur. Bir sözlə desək Ermənistanı sülhə məcbur edən beynəlxalq təşkilat yoxdur. Belə olan halda, bütün məsuliyyət məhz beynəlxalq təşkilatların üzərinə düşür”-deyə, partiya sədri qeyd edib.