YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: 2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb

“2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb və ÜDM-in 1,8 faizini və qeyri-neft ÜDM-in 2,9 faizini təşkil edib. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafında əsas rolu infrastrukturun modernləşdirilməsi və artan tələbatın təmin olunması üçün imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, elektron ticarətin genişlənməsi oynayır:

“Beynəlxalq Elektron Rabitə İttifaqının məlumatlarına əsasəm, 2019-cu ildə dünyada əhalinin 93 faizi 3G şəbəkəsindən istifadə edib. Azərbaycan bu göstəriciyə görə ortalama göstəriciləri üstələyir. Ölkənin 97,1 faizi bu şəbəkə ilə əhatə olunub. Əhalinin 80 faizi internet istifadəçisidir, 75 faizi də genişzolaqlı internet istifadəçisidir”-deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv