YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir

9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 98 saylı Şəmkir şəhər seçki dairəsindən irəli sürülən Sahibə Qafarova seçicilərlə görüşləri davam edir. Ayrı-ayrı kənd və məhəllələrdə seçiciləri ilə görüşən Sahibə Qafarova ölkəmizdə həyata keçirilən dövlət siyasəti və əldə olunan uğurlar, həmçinin parlament seçkilərinin ölkəmizin demokratik inkişafında yeri və rolu barədə məlumat verib. Yüksək seçici fəallığı ilə keçirilən görüşlərdə S.Qafarovanın həyat və fəaliyyəti barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Sahibə Qafarova Milli Məclisin deputatı kimi ötən müddət ərzində seçiciləri ilə mütəmadi görüşlər və qəbullar keçirib, onların qayğı və problemlərinin həlli ilə ciddi maraqlanıb, qanunların qəbulunda fəallığı ilə seçilib.

Şəmkir rayonunun Çinarlı qəsəbəsində və rayon mərkəzində keçirilən görüşlərdə çıxış edən YAP-ın namizədi müstəqil respublikamızda dövlətçiliyin qurulmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında və xalqımızın rifahının getdikcə yaxşılaşmasında YAP-ın müstəsna xidmətlərindən danışıb. Onun sözlərinə görə, YAP xalqa əvəzsiz xidmətləri ilə ölkəmizdə digər siyasi qüvvələrə nümunə olduğunu konkret işi və nailiyyətləri ilə təsdiqləyib. Bütün bunlarla yanaşı, Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə fəaliyyətini durmadan genişləndirmək niyyətindədir. Bu səbəbdən də növbəti seçkilərdə də xalqın yekdil səsini qazanmaqla uğurlu işlərini daha da genişləndirməyə çalışır.
Görüşlərdə çıxış edən sakinlər YAP-ın fəaliyyətini yüksək qiymətləndirməklə onun siyasi kursunu davam etdirmək üçün partiya tərəfindən bu dairədən namizədliyi irəli sürülən Sahibə Qafarovanı yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, YAP-ın namizədi təşviqat kampaniyası çərçivəsində məhəllələrdə də seçicilərlə görüşür, onların evlərinə gedir, seçicilərlə söhbətlər edir, onların qayğıları ilə maraqlanır, seçkilərdə fəal iştirak etməyə çağırır.

 Təşviqat kampaniyası davam edir.

DİGƏR Xəbərlər Arxiv