YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Aydın Mirzəzadə Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirib.

Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 9 fevral parlament seçkilərinin əhəmiyyəti haqqında danışıb. Daha sonra o, deputatlığa namizəd Aydın Mirzəzadənin fəaliyyəti haqqında məlumat verib.

Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Aydın Mirzəzadə bildirib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.
A.Mirzəzadə seçiciləri fevralın 9-da fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.