YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Ramil Həsən Ucarın ağsaqqalları ilə görüşüb

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahında 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsən  təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ağsaqqalları ilə görüş keçirib.

Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" seçki proqramı ilə getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb, YAP-ın seçki proqramı haqda məlumat verib.

Rayon Ağsaqqalar Şurasının sədri Mirzalı Ağamalıyev,"Came" məsçidinin axundu Hacı Elnur Rəhimov, Ramal kəndindən Fikrət Məmmədov, Allahverdi Səlimov, Müsüslü kəndindən Samir Həmidov, Rauf Nəsirov, Aydın Rəsulov, Ağabala Rəhimov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən Ucar şəhər sakini Rasim Babayev ilə evində görüşüb.

 

DİGƏR Xəbərlər Arxiv