YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəydə YAP fəalları ilə görüşüb

103 saylı Gədəbəy seçki dairəsindən YAP-ın namizədi Sevinc Hüseynova YAP Gədəbəy rayon təşkilatının qərargahında YAP fəalları ilə görüşdü.

Çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qarşıdan gələn və ictimai-siyasi əhəmiyyətinə görə mühüm hadisə olan 9 fevral parlament seçkiləri və Gədəbəy rayonunda seçki öncəsi aparılan təbliğat-təşviqat işləri haqqında danışdı. Rüstəm Nağıyev görüş iştirakçılarına Yeni Azərbaycan Partiyasının 103 saylı Gədəbəy seçki dairəsi üzrə vahid namizədi Sevinc Hüseynovanın əmək və ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verərək hər kəsi seçki günü fəal olmağa və bu seçkilərdə də daha güclü və daha dinamik inkişaf edən daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə dəvət etdi.