YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Emin Hacıyevin Sumqayıt şəhərində seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi irəli sürülən Emin Hacıyevin Sumqayıt şəhəri 10-cu mikrorayon, və eləcədə 9-cu mikrorayonda yaşayan sakinlər ilə növbəti görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov qarşıdan gələn parlament sçekiləri haqda məlumat verib, YAP-ın namizədi Emin Hacıyevin seçki platformasından danışıb. Bildirilib ki, ölkəmizdə gənclərə diqqət və qayğı yüksək səviyyədədir. Bunun təzahürüdür ki, gənc nəslin nümayəndələri yüksək dövlət strukturlarında təmsil olunur, seçkili orqanlara keçirilən seçkilərdə namizəd kimi aktiv iştirak edirlər. Qeyd olunub ki, YAP hər zaman gənclərin önə çıxarılması, onların potiensialından yüksək səviyyədə yararlanma ənənəsinə sadiqdir. Namizədliyi 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürülmüş Emin Hacıyev də məhz belə perspektivli gəncəlrdəndir.

Çıxış edən natiqlər Prezident İlham Əliyevin Sumqayıt şəhərinin inkişafı üçün gördüyü işlərdən danışıblar. Bununla yanaşı çıxışçılar Emin Hacıyevin fəaliyyəti, onun elmi, diasporun inkişafındakı xidmətlərindən, Azərbaycandakı və Rusiyadakı fəaliyyəti dövründə bir-birindən əhəmiyyətli lahiyə və tədbirlərin icraçısı kimi çıxışından danışıblar. Mikrorayonu təmsil edən sakinlər də çıxış edərək bildirdilər ki, seçki günü məntəqələrə gələrərək yekdilliklə Emin Hacıyevə səs verəcəklər.

Tədbirdə çıxış edən YAP-ın namizədi Emin Hacıyev Yeni Azərbaycan Partiyasına və partiyanın Sədri cənab İlham Əliyevə ona etimad göstərib, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdüyü üçün öz minnətdarlığını bildirib və qeyd edib ki bu, böyük bir inamdır, etibardır. Emin Hacıyev seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.