YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir.

Deputatlığa namizəd Məşhur Məmmədov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.  

Görüşdə iştirakçılarından Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları çıxış edərək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.