YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib

Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.

YAP tərəfindən 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizədliyi irəli sürülən Ziyafət Əsgərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirilib.
Seçicilərin qarşısında çıxış edən deputatlığa namizəd Z.Əsgərov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra seçicilərin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
Çıxışın sonunda YAP-ın deputatlığa namizədi Ziyafət Əsgərov seçkilərdə qalib gələcəyi təqdirdə bütün seçicilərin etimadını doğruldacağına söz verib və görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirib.
Daha sonra görüşdə çıxış edən seçicilər müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə 76 saylı Lənkəran-Astara seçki dairəsindən YAP-ın deputatlığa namizədinə səs verəcəklərini biliriblər və seçkilərdə Z.Əsgərova uğurlar arzulayıblar.