YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Mahir Abbaszadənin seçicilərlə görüşləri davam edir

Milli Məclisə seçkilərdə YAP tərəfindən namizədliyi 121 saylı Laçın seçki dairəsindən irəli sürülmüş Mahir Abbaszadə Bakının Xətai rayonunda məskunlaşmış laçınlı seçicilərlə görüş keçirib.

Görüşdə Mahir Abbaszadə özünün seçki platforması haqqında geniş məlumat verib. Çıxış edənlər onun V çağırış Milli Məclisdəki fəaliyyətinə qiymət verib, təkliflərini irəli sürüb. Eyni zamanda seçicilərin müraciətləri dinlənilib.

Xatırladaq ki, təbliğat-təşviqat kampaniyasının başladığı ilk gündən M. Abbaszadə Laçın rayonun sakinlərinin müvəqqəti məskunlaşdığı yerlərdə çoxsaylı görüşlər keçirib, şəhid ailələrinə, rayon ağsaqqallarına evlərində baş çəkib.

Namizədin seçki qərargahından verilən məlumata görə, görüşlər ölkənin digər rayonlarında davam etdiriləcək. Bütövlükdə Laçın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 58 rayonunda məskunlaşıb