YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Robert Çekutanın namizədliyi təsdiq olunub

ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi dekabrın 4-də Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Robert Çekutanın namizədliyini təsdiq edib. R.Çekutanın namizədliyi bu ilin iyulunda Prezident Barak Obama tərəfindən irəli sürülüb. Sentyabr ayında elə həmin komitədə senatorlar Kris Merfi və Ronald Consonun sədrliyi ilə ABŞ-ın Azərbaycan, Ermənistan, Monteneqro və Makedoniyadakı səfirləri vəzifələrinə namizədlər barəsində dinləmələr olub. Namizədlər dinləmələrdə təyinat aldıqları ölkələrində ABŞ-ın xarici siyasəti haqqında məruzələr edib, bu siyasətə öz münasibətlərini bildirib, suallara cavab veriblər.
Hazırda R.Çekuta Dövlət Departamentinin Enerji Resursları Bürosunda dövlət katibinin köməkçisinin müavinidir. ABŞ qanunvericiliyinə görə, ABŞ Senatında səsvermə bu ölkənin Azərbaycandakı səfirinin təyin edilməsi prosesində sonuncu mərhələ olacaq.