YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Musa Quliyev ilk görüşünü könüllü gənclər ilə keçirib

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən irəli sürülən Milli Məclisin VI çağırış üzrə deputatlığa namizədi Musa Quliyev gənclər ilə görüşündə bildirib ki, ölkə rəhbərliyinin gənclərə dəstəyi danılmazdır. Son dövrlərdə gənc kadrların potensialının yüksəldilməsi istiqamətində, həmçinin gənclik kapitalının inkişaf etdirilməsi istiqamətində böyük layihələr həyata keçirilir. Bu il Prezident İlham Əliyevin 2019-cu ili könüllülər ili elan etməsi, könüllülər hərəkatlarına dəstək göstərməsi də ölkə Başçısının gənclərə, könüllülərə olan dəstəyinin bariz nümunəsidir.

Gənclərin dövlət idarəçiliyində fəal iştirak etməsi, dövlət strukturlarında böyük vəzifələrdə olması və gənclər üçün idarəçilikdə imtiyazların çox olması dövlət gənclər siyasətinin əsas prioritetlərindəndir- deyə deputatlığa namizəd Musa Quliyev bildirib.

Daha sonra seçki kampaniyasında ilk dəfə iştirak edən gənclərə təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumatlar verilib.

Məlumat üçün bildirək ki, 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası bu gündən etibarən start götürüb.