YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Uğurlarımız 2020-ci ildə də davam edəcək

“2019-cu ilin dekabr ayının 23-də ölkə Prezidenti İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bildirib ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olub və qarşıya qoyulan vəzifələr öz həllini tapıb”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, 2019-cu ildə əsas uğur göstəricilərindən biri beynəlxalq aləmdə mövqeylərimizin möhkəmlənməsi və müstəqil siyasət yürütməyimizdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı regionda lider dövlətə çevirib və dünya arenasında yüksək nüfuza malik olub.

“2019-cu il iqtisadi inkişaf baxımından uğurlu il olub. Bir neçə il əvvəl dünya bazarında neftin düşməsinə, gəlirlərin azalmasına baxmayaraq hər bir ölkə üçün sınağa çevrilib. Lakin Azərbaycan dövləti və höküməti tərəfindən görülən operativ tədbirlər fəsadları minimum səviyəyə endirib. Bu il ölkənin makro iqtisadi göstəriciləri daha geniş miqyaslıdır. Buna əldə olunmuş rəqəmlər də subutdur. Belə ki, qeyri neft sektoru 3.5% , qeyri neft sənayəsi 14% , kənd təsərüfatı 7% , qeyri neft ixracatı 14% artıb. Ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 50 milyarda çatıb. Ölkə Prezidentinin atdığı addımlar ölkə vətəndaşlarının həyatını yaxşılaşdırılmasına xidmət etdiyi imzalanan fərman və sərəncamlardan da açıq aydın görünür. Bu il sosial islahatlar əmək haqqı, pensiya, sosial müavinət və tələbə təqaüdlərinin artması ilə başladı. Eyni zamanda, problemli kreditlər məsələsi yoluna qoyulmaqla sosial sahədə olan məsələlər kompleks şəklində öz həllini tapdı. Ölkə başçımızın dərin təhliləri üzərində düşünülmüş və atılan addımlar 2019-cu ildə Azərbaycanın uğurlara doğru apardı və 2020-ci ildə də bu uğurlu siyasi kurs davam etdirilərək Azərbaycan xalqının rifah halının yaxşılaşmasına gətirib çıxaracaq”-deyə, deputat qeyd edib.