YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Müstəqil Azərbaycanın ən yeni dövrü Prezident İlham Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır

“Müstəqil Azərbaycanın ən yeni dövrü ölkəmizin Prezidenti İlham Əliyevin  adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Dövlətimizə böyük uğurla rəhbərlik etdiyi on altı il müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Özünəməxsus çətinliklərlə, mürəkkəb situasiyalarla müşayiət olunan bu illər eyni zamanda həm də müstəqillik tariximizin salnaməsinə həkk olunmuş tarixi zəfərlərlə, yeni-yeni nailiyyətlərlə zəngindir”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının son onillikdə qazandığı böyük uğurları Prezident İlham Əliyev çətinlikləri yararaq, maneələri dəf edərək, möhkəm siyasi iradə, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində əldə etməyə müvəffəq olub. Onun sözlərinə görə, bu illər Azərbaycan tarixində müstəqillik mərhələsinin keçid proseslərinin yekunu, yeni inkişafın böyük startı və cəmiyyət həyatının bütün sahələrinin ahəngdar şəkildə hərəkətə gətirilərək böyük addımlarla irəli getməsi dövrüdür. İndi Azərbaycanda elə bir sahə tapmaq olmaz ki, həmin istiqamətdə nəinki tərpəniş, irəliləyiş, sözün əsl mənasında, böyük inkişaf əldə edilməmiş olsun.

“İqtisadçı alimlər müstəqil Azərbaycanın İlham Əliyev mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər. Tarixçilər 2003-2019-cu illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Filosoflar bu dövrdən davamlı və dayanıqlı inkişaf illəri kimi söz açırlar. Ədəbiyyatçıların nəzərlərində isə bu dövr haqlı olaraq İlham Əliyev erası adlandırılır. Müstəqil Azərbaycan Respublikası özünün qüdrətli Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və xalqımız üçün daha böyük gələcək vəd edən işıqlı sabahlara doğru inamla irəli getməkdə davam edir. Bütövlükdə, dövlət rəhbəri ilə xalqın sarsılmaz birliyi ölkəmizə yeni-yeni zəfərlər qazandıracaq. Zəfərlərdən zəfərlərə doğru yürüşün gerçəkliyini Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasəti və yorulmaz fəaliyyəti ilə isbat etmişdir”-deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv