Xəbərlər
David Zalkaliani: Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar

Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar. Bu yolun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi daşınmaların vaxtını və xərclərini kifayət qədər azaldır.
Bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı və türkiyəli həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Nazir deyib: “BTQ Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli nəqliyyat dəhlizinə çevirilib. Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar, bu da ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsinə imkan verir.