YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 saylı Yasamal I seçki dairəsinin əhatə etdiyi məntəqələrdə səsvermə qanunvericiliyə uyğun keçirilir

Dekabrın 23-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.

Dairə seçki komissiyasının 4 məntəqəsinin sədri Simuzər Zeynalova bildirib ki, məntəqə üzrə 1482 seçici qeydə alınıb. Onlardan 5 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Məntəqədə yaşı 80-ni ötmüş 21 seçici var. Səsvermənin gedişini müxtəlif partiyaları təmsil edən 12 müşahidəçi izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, dairənin tərkibinə daxil olan 31 seçki məntəqəsi üzrə 44 min 530 seçici qeydə alınıb. Dairə seçki komissiyası tərəfindən bələdiyyə üzvlüyünə 57 namizəd qeydə alınıb. Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılıb.