YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiya Araşdırmalar Mərkəzinin saytında Ermənistanın terrorçu siyasətini ifşa edən məqalə yayılıb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında dünya ictimaiyyətinin diqqətini faşist cəlladı Qaregin Njde mövzusuna yönəltdi. Dövlətimizin başçısı Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulduğunu qeyd etdi. Beləliklə, geniş ictimaiyyətin diqqətindən kənarda qalan bu məsələ təcavüzkar Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu.

Bu fikirlər Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəsmi saytında yayılan “Armavirdə Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorçu siyasətinə zərbədir” sərlövhəli analitik məqaləsində əksini tapıb. Məqalədə erməni millətçi dairələrinin Türkiyədə və Azərbaycanda törətdikləri tarixi cinayətlərə nəzər salınır. Qeyd olunur ki, müstəqilliyini qazanandan sonra Ermənistanın bütün prezidentləri Azərbaycana qarşı törədilən cinayətlərdə birbaşa iştirak ediblər.

Məqalədə Ermənistanın terrorçu mahiyyəti, irqçi dövlət siyasəti, bütün dünyanın terrorçu kimi tanıdığı bəzi şəxslərin adlarının əbədiləşdirilməsi məsələlərindən bəhs olunur. Diqqətə çatdırılır ki, Ermənistan işğalçı və terrorçu siyasəti ucbatından ardıcıl zərbələr almaqda davam edir. Müəllif, həmçinin MDB məkanında baş verən siyasi prosesləri tədqiqata cəlb edərək vurğulayır ki, alman faşizmi ilə mübarizədə qəhrəman övladlarını itirən xalqlar nasist ideologiyasının təbliğ olunmasına qarşı yekdil mövqe sərgiləyirlər.