YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıya səfər edəcək

Dekabrın 2-də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya səfər edəcək.
Səfər çərçivəsində M.Vaezi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq.