YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili seçilib

Milli Məclisin bu gün keçirilən iclasında  “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxılıb.

Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.

Azərbaycanda Ombudsman təsisatının yaranma tarixindən söz açan sədr müavini ötən illər ərzində bu institutun böyük inkişaf yolu keçdiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda əldə olunmuş nailiyyətlərə mühüm töhfələr verdiyini vurğulayıb. Bahar Muradova beynəlxalq əlaqələrin genişlənməsində ombudsman təsisatının rolundan danışıb. Qazanılan uğurlarda Azərbaycanın ilk ombudsmanı olan Elmira Süleymanovanın xidmətlərini razılıqla qeyd edib.

Müzakirələrdə Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əliü Hüseynli, deputatlar Elmira Axundova, Azər Badamov və Qüdrət Həsənquliyev çıxış ediblər.

Müzakirələrdən sonra Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanın) seçilib.

Yeni Ombudsman Səbinə Əliyeva Milli Məclisdə öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə dair and içib.

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüququalrının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəkləmnməsi üçün bütün səylərimi əsirgəməyəcəm”-deyə, S.Əliyeva qeyd edib ki, bu baxımdan vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin, və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin priorotet istiqaməti olaraq qalmaqdadır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüququ və azadlılarının bərpası bu işin ühüm tərkib hissələrindəndir”-deyə, yeni Ombudsman vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv