YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Rusiya ilə NATO-nun ali hərbi komandanlığının yenidən Bakıda görüşmələri ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir

“Rusiya ilə NATO-nun ali hərbi komandanlığının yenidən Bakıda görüşmələri ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dünyanın güc mərkəzlərinin görüşlərinin keçirilməsi heç də təsadüfi seçilməyib. Onun sözlərinə görə, bu gün ölkəmiz bir çox beynəlxalq görüşlərin məkanına çevrilib. Azərbaycana böyük etimad göstərilir.

“Dünyanın sülh və təhlükəsizlik razılaşmalarının danışıqları məhz ölkəmizdə baş tutması möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Burada Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olması, Rusiya ilə əlaqələrin yüksək səviyyədə olmasıda rol oynayır. Ümidvarıq ki, bu cür görüşlər dünyada və regionda sülh və sabitliyə töhvə verəcək”-deyə, deputat qeyd edib.