YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanın yaradıcı insanları dövlətimizin qayğısını daim hiss edirlər

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan olunub və bu il çərçivəsində müxtəlif tədbirlər keçirilib. Bu il Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunur və “Nəsimi İli” elan olunması da görməkli şairə və onun yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün YAP İcra Katibliyində “Nəsimi İli” çərçivəsində təşkil olunan gənc rəssamların sərgisində deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıcı insanlara dövlətin diqqət və qayğısının əsası qoyulub. Belə ki, Ulu Öndərimiz həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən yaradıcı insanların əməyini hər zaman qiymətləndirib, onların yubileyləri qeyd olunub, dövlət mükafatları ilə təltif olunublar. Bu baxımdan, hələ sovetlər hakimiyyti dövründə də Nəsiminin yubileyi yüksək səviyyədə qeyd olunub. Müstəqillik dövründə isə bu proses daha geniş miqyas alıb.

YAP İcra katibinin müavini söyləyib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın yaradıcı insanları dövlətimizin qayğısını daim hiss edirlər. Onun sözlərinə görə, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır.   S.Novruzov deyib ki, Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin qorunması, inkişafı və dünyada təbliğ olunması ilə bağlı  xidmətləri əvəzolunmazdır: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmçinin ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin qorunması, təmiri və bərpasını həyata keçirməkdədir”.