YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının monitorinq və qiymətləndirilməsi aparılır

Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır.

Bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı noyabrın 26-da keçirilən “World E-Commerce Eurasia 2019” Bakı forumunda deyib.

"Proqramda elektron ticarət rəqəmsal ekosistemin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, e-ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergiödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur", - deyə V.Qasımlı qeyd edib.