YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın töhfəsi UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu iclasında təsdiqini tapıb

Xəbər verdiyimiz kimi, qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO-nun 2003-cü il Konvensiyasının Hökumətlərarası Komitəsinin 9-cu iclası öz işinə başlayıb.

Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasda Azərbaycan Respublikasının Banqladeşdə və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün töhfəsi komitə tərəfindən nəzərdən keçirilib. Maddi yardım Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və UNESCO arasında 2013-cü ildə imzalanmış Çərçivə Sazişi çərçivəsində təsis edilmiş Etimad Fondu tərəfindən maliyyələşdiriləcəkdir.
Layihələrin əsas məqsədi Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması sahəsində bacarıqların artırılmasından ibarət olacaq. Bununla əlaqədar Azərbaycan Respublikasının UNESCO yanında daimi Nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Azərbaycanın Konvensiyaya və UNESCO fəaliyyətlərinə yardımını ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi xoşməramlı dəstəyinin təzahürü olduğunu bildirərək benfesiar ölkələrdə - Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irs sahəsində uğurlu və praktiki nəticələri olacaq layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib .
UNESCO katibliyi və Komitənin prezidenti, həmçinin Banqladeş və Qvatemala nümayəndələri bu yardıma görə Azərbaycan tərəfinə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.