YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Leyla Əliyeva: Tolerantlıq, dialoq və yeni fikirlərin mədəniyyətimizin inkişafına böyük təsiri olub

“Azərbaycanda biz gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərqin Qərbin ayırcında yerləşən ölkəmizdə şərqin müdrikliyi, qərbin tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas bir mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər ölkəsinə çevrilməsi mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir coğrafi mövqe gözəl landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib”.  Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılış mərasimində çıxışı zamanı söyləyib. 

DİGƏR xəbərlər Arxiv