YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı mənasız və məntiqsizdir

Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri təxribat xarakterli bir bəyanat yayıblar. Onlar bəyanatda bildiriblər ki, qoşunların təmas xəttində vurulmuş Ermənistan helikopterinin qalıqları guya hazırda neytral bir ərazidədir. Bu, ümumiyyətlə mənasız və məntiqsiz bir bəyanatdır. Helikopterin düşdüyü yer Azərbaycan ərazisidir. Heç bir neytral ərazidən söhbət gedə bilməz.
Bu sözləri 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.
Z.Əsgərov deyib: “ATƏT-in Minsk qrupunun həmsədrləri olan hər üç dövlət dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər”.