YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı ekspert: Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir

Xroniki böyük dövlət şovinizmi diaqnozundan əziyyət çəkən Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir, ona görə də təəccüblü deyil ki, Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını dəstəkləməkdə davam edir.

Bunu rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, erməni nasist Qaregin Njdeyə Yerevanda heykəl qoyulması bunun bariz nümunəsidir:

“Qaregin Njdenin qəhrəmanlaşdırılması Qarabağda erməni başkəsənin birbaşa iştirak etdiyi etnik təmizləmələri dəstəkləməkdən başqa bir şey deyil. Ona görə də təəccüblü deyil ki, Yerevanda faşizm ideologiyasını dəstəkləyirlər. Qareginə heykəl qoymaqla erməni ictimaiyyəti onu milli mövcudluq ideologiyasının banisi kimi qələmə verməyə çalışır”.

D.Verxoturov qeyd edib ki, Ermənistanın indiki acınacaqlı vəziyyəti ölkənin çıxılmaz siyasi kursunun nəticəsidir:

“Məsələ heç onda deyil ki, iqtisadi vəziyyət pisləşir və Qarabağ məsələsi həll olunmayıb. əslində bu onu göstərir ki, Ermənistan dekorativ respublikadır, dekorativ baş naziri var və o, ölkəni siyasi və iqtisadi böhrandan çıxarmaq iqtidarında deyil”.

Ekspert xatırladıb ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən BMT-ə üzv dövlətlər hərbi cinayətlərdə iştirak etmiş, İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq etmiş şəxslərə heykəllərin, xatirə lövhələrinin qoyulmasının qarşısını almalıdır.

 

DİGƏR Xəbərlər Arxiv