YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan cəmiyyətində tolerantlıq və qarşılıqlı hörmət yaşayış tərzidir

«Bizim xalqımızın yüksək dəyərləri mövcuddur. Mahiyyət və fəlsəfi nöqteyi-nəzərdən dözümlülük anlayışı kimi qəbul edilən tolerantlıq insanın psixologiyasında insanın şəxsi xüsusiyyətlərinə görə fərqlənir. Lakin ölkəmizdə mövcud olan dəyərlər qarşılıqlı hörmətə əsasən mövcuddur və qarşılıqlı hörmət çərçivəsində insanlar bir-birilərini başa düşərək qəbul etməyi üstün tuturlar». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bizi tez-tez maraqlandıran suallardan biri Avropada mövcud olmayan səmimiyyət və ikili standart anlayışıdır. Onun fikrincə, nə qədər paradoksal səslənsə də, ikili standartların kökü Avropada olan tolerantlıqdır.

 «İnsanların sayının artımı, informasiya mübadiləsi, Avropada bu məsələlərin aktuallığı kimi baş verən prosesləri idarə etmək üçün dözməkdən başqa, qarşılıqlı hörmət də lazımdır. Ona görə müasir Avropanın içərisində bu dəyərlər və dəyərlərin düzgün təhlil edilməsi ilə bağlı böyük problemlər yaşanır. Biz qarşılıqlı hörmət anlayışını inkişaf etdirməliyik. Onun bir hissəsi olan tolerantlığa da münasibətimizi göstərərək yaddan çıxarmamalıyıq ki, Azərbaycan cəmiyyətində tolerantlıq və qarşılıqlı hörmət yaşayış tərzidir və fikrimcə, biz bu yaşayış tərzinin fəlsəfəsini dünyaya çatdırmalıyıq. Çünki bizim ölkəmizdə tolerantlığın, dini dözümlülüyün, həmçinin qarşılıqlı hörmət anlayışının dövlət səviyyəsində qəbulu bir nümunə kimi də göstərilə bilər»- deyə, S.Seyidov vurğulayıb.